Lənkəranda yol nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, hadisə Lənkəran rayonunun Qurumba kəndi ərazisində qeydə alınıb.
Mahir Məmmədli idarə etdiyi nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən yol ayrıcında idarəetməni itirib. Nəqliyyat vasitəsi yol kənarındakı yol nişanlarna çırpılıb.
Qəza nəticəsində avtomobildə sərnişin qismində olanlar Liman şəhər sakinləri 1993 - cü il təvəllüdlü Pəri Tələt qızı Məmmədli, 2017 - ci il təvəllüdlü A.Məmmədli və 2016 - cı il təvəllüdlü Z.Məmmədli müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.
Qeyd edək ki, qəzaya düşüənlər bir ailənin üzvləridir.
Faktla bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu