Azyaşlı uşaqlarda iştahsızlıq hansı səbəblərdən YARANIR?

Hazırda oxunan: Azyaşlı uşaqlarda iştahsızlıq hansı səbəblərdən YARANIR?

Azyaşlı uşaqlarda iştahsızlıq hansı səbəblərdən YARANIR? Mütəxəssislər necə həll etməyi tövsiyə edirlər? Ətraflı məlumat Bizim.Media saytında.
204761

Bir çox valideynin üzləşdiyi problemlərdən biri də uşaqlarda görülən iştahsızlıqdır. 

Bizim.Media "CNN Türk"ə istinadən xəbər verir ki, bunun təkcə fiziki yox, həm də psixoloji səbəbləri ola bilər. Ona görə də iştahı olmayan uşaqlarda psixoloji problemin olub-olmaması araşdırılmalıdır.

İştahsızlığın ən çox rast gəlinən səbəbləri nələrdir? 

Stress və narahatlıq: Məktəbə başlamaq, ailə problemləri və dostluq münasibətlərindəki çətinliklər kimi gərgin vəziyyətlər, narahatlıq uşağın iştahını azalda bilər. 

Ailə Münasibətləri: Valideyn-uşaq münasibətlərindəki gərginlik, yemək zamanı münaqişələr və yemək təzyiqi uşaqlarda yeməyə qarşı müqavimət yarada bilər.

Ətraf Mühitin Təsiri: Yemək vaxtı televizora baxmaq və ya smartfondan istifadə kimi diqqəti yayındıran amillər uşağın diqqətini yeməyə yönəltməsini çətinləşdirir və iştahını azaldır.

Mükəmməllik: Bəzi uşaqlar hər şeyi mükəmməl etməyə çalışırlar ki, bu da onlara yemək kimi gündəlik fəaliyyətlərdə belə uğursuz olduqlarını hiss etdirə bilər. Bu, iştahsızlığa səbəb ola bilər.

Bu problem necə həll edilə bilər? 

Mütəxəssislər tövsiyə edirlər ki, hər şeydən əvvəl uşaq üçün sakit və rahat bir mühit yaradılmalıdır. Bundan əlavə, valideynlər yemək vaxtlarının maksimum stressiz və zövqlü olmasına çalışmalıdırlar. Yeməkdə israr etmək isə uşağın daha da iştahsız olmasına səbəb ola bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin