İş həyatına fərqli BAXIŞ – Qadınlar üçün karyera, kişilər üçün “çörək pulu”...

Hazırda oxunan: İş həyatına fərqli BAXIŞ – Qadınlar üçün karyera, kişilər üçün “çörək pulu”...

Qadınların iş həyatındakı rolları və karyera hədəfləri arasındakı fərqlər nəyə əsaslanır? Sosioloq Əhməd Qəşəmoğlu mövzuda mütaliələrini Bizim.Media-ya açıqlayıb.
204747

İllər boyu qadınlar və kişilərin fiziki və cəmiyyətdəki rolları baxımından fərqləri barədə aparılan bu gün müzakirələr davam edir. Bu müzakirələrdən biri də onların iş həyatındakı rollarıyla bağlıdır.

Məsələn, çox vaxt qadınlar işləmək səbəblərini soruşanda, bunu karyera qurmaq arzusu ilə əlaqələndirirlər. Kişilər isə eyni sualı verdikdə onlar qısaca “çörək pulu üçün” cavabını verirlər.

Cavabların bu qədər fərqli olması nə ilə bağlıdır?

Sosioloq Əhməd Qəşəmoğlu bu barədə Bizim.Media-ya açıqlama verib.

"Qədim zamanlardan Azərbaycan xalqı da daxil olmaqla, bir çox xalqlarda belə bir təsəvvür formalaşıb ki, evin daxilindəki təmizlik, rahatlıq, uşaqlara diqqət qadının, evi qorumaq, təmin etmək isə kişinin işidir. Bu fikrin nəticəsində kişilər peşələrinə "çörək ağacı" kimi baxırlar, onun işləməsi nəticəsində evin maddi ehtiyacları təmin edilir. Ancaq illər keçdikcə ailədə qadın və kişinin rolu arasında fərqlər yaranmağa, qadınların azadlığı, onların əməkhaqqı ilə çalışmasına, ictimai həyatdakı fəallığıyla bağlı mövzulara diqqət artmağa başlayıb", müsahibimiz qeyd edib.

“Qadın da işləyib evinə gəlir gətirir, bu sayədə evin "çörək ağacı" daha da yaşıllaşır.

"Qadının işi daha çox onun sosial həyata inteqrasiyasına, cəmiyyətdə bir şəxsiyyət kimi formalaşmasına kömək edir. Qadın işlədikcə statusu artır, kişi isə yüz illərdir ki, evə gəlir gətirməyə məcbur olduğu üçün işlədiyi yeri "çörək ağacı" adlandırır", - deyə sosioloq sonda bildirib. 

Nəzrin Mirzəyeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin