Telefona baxaraq yeməyin ZƏRƏRLƏRİ

Hazırda oxunan: Telefona baxaraq yeməyin ZƏRƏRLƏRİ

Telefona baxaraq yeməyin zərərləri barədə məlumat. Telefona baxaraq yemək orqanizmə necə təsir edir? Mənfi təsirlər, çəkiyə təsir, uşaqlar üzərindəki effektlər və daha çox.

204712

Bəzi insanlarda telefona olan aludəçilik o həddə çatıb ki, onlar yemək yeyərkən də nəsə izləmək ehtiyacı hiss edirlər. Sevimli videolarını telefonda açandan sonra yeməyə başlamaq bəzilər üçün ən sevimli məşğuliyyətə çevrilib desək, yanılmarıq. 

Bəs telefona baxaraq yemək orqanizmə necə təsir edir?

Mənfi təsirləri


Qida eksperti Asim Vəliyev Bizim.Media-ya açıqlamasında bu barədə danışıb. O bildirib ki, sözügedən vərdişin mənfi təsirləri həm uşaqlar, həm də böyüklər üçün keçərlidir: 

“Diqqət dağıldıqda qida maddələrini lazımi qədər çeynəmirik, bu da qida hissəciklərinin daha böyük ölçüdə mədəyə çatmasına səbəb olur. Bu vəziyyət həzm prosesini çətinləşdirir və mədə problemlərinə yol açır. Yemək zamanı diqqətin yayındırılması daha çox hava udmağımıza səbəb olur ki, bu da şişkinlik və qaz problemlərinə yol açır”.

Artıq çəkiyə yol aça bilər

Asim Vəliyevin sözlərinə görə, telefona baxaraq yemək artıq çəkiyə səbəb ola bilər:

“Telefona baxaraq yemək yedikdə, beynimiz doyma siqnallarını daha gec alır. Bu səbəbdən insanlar daha çox yemək yeyir və bu, artıq çəki və piylənmə riskini artırır. Diqqət yayındığı zaman daha çox hazır qidalar və tez hazırlanan yeməklərə üstünlük veririk. Bu qidalar isə az qidalı və yüksək kalorili olur”.

Uşaqlara təsiri

Ekspert deyir ki, valideynlərin çoxu uşağa rahat yemək yedirmək üçün telefona baxmağa məcbur edir: 

“Uşaqlara yemək yedirərkən telefon istifadəsi onların diqqətinin qidada deyil, ekranda olmasına səbəb olur. Bu, uşaqlarda düzgün yemək vərdişlərinin inkişafını əngəlləyir. Yemək zamanı ekran istifadəsi ailə üzvləri arasındakı ünsiyyəti azaldır. Bu da ailə bağlarının zəifləməsinə və uşaqların sosial bacarıqlarının inkişafında problemlərə səbəb ola bilər”.

Nuray, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin