Növbəti mərhələdə Laçın sakinlərinin Güləbird kəndinə köçürülməsinə başlanılacaq. Kəndə köç bu ilin ikinci yarısında həyata keçiriləcək.
Bizim.Media xəbər verir ki, bunu Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov Laçında keçirilən “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsinin rəsmi açılış mərasimində deyib.
Prezidentin xüsusi nümayəndəsi bildirib ki, rayonun Qorçu, Şəlvə, Ərikli və digər kəndlərinin də tikintisinə başlanılacaq.
Qeyd edək ki, daha əvvəl Laçın şəhərinə, eyni zamanda rayonun Zabux və Sus kəndlərinə əhalinin köçü baş tutub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:33 / 02.08.2024
Laçının Güləbird kəndinə KÖÇ BAŞLAYACAQ
Hazırda oxunan: Laçının Güləbird kəndinə KÖÇ BAŞLAYACAQ
Hazırda oxunan: Laçının Güləbird kəndinə KÖÇ BAŞLAYACAQ
Laçının Güləbird kəndinə köç başlayacaq. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov Laçında keçirilən "Gənclər Yaşıl Dünya Naminə" Diaspor Gənclərinin V Yay Düşərgəsinin rəsmi açılış mərasimində Laçında köç planları haqqında məlumat verib.
204709
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.