Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar Bakı Olimpiya Stadionunun ərazisindəki VAR Mərkəzi 1 yanvar 2025-ci ildək fəaliyyətini dayandırıb.
Bizim.Media AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu səbəbdən 2024/2025 mövsümü üzrə Azərbaycan Kuboku və Misli Premyer Liqası çərçivəsində keçiriləcək oyunlarda VAR-ın təşkili yalnız səyyar VAR nəqliyyat vasitəsi ilə mümkün olacaq.
Hazırda isə AFFA-nın balansında yalnız 2 ədəd səyyar VAR nəqliyyat vasitəsi var.
Milli Assosiasiya ötən mövsümlərdə olduğu kimi, ölkə çempionatının və kubokunun bütün oyunlarında VAR sisteminin tətbiq olunmasına çalışacağını qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:42 / 02.08.2024
COP29-a görə VAR Mərkəzi fəaliyyətini dayandırdı
Hazırda oxunan: COP29-a görə VAR Mərkəzi fəaliyyətini dayandırdı
Hazırda oxunan: COP29-a görə VAR Mərkəzi fəaliyyətini dayandırdı
COP29-a görə VAR Mərkəzi fəaliyyətini dayandırdı. AFFA-nın rəsmi saytından istinadən xəbər verilir ki, 2024/2025 mövsümü üzrə Azərbaycan Kuboku və Misli Premyer Liqası oyunlarında yalnız səyyar VAR nəqliyyat vasitəsi ilə təşkil olunacaq.
204700
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.