Hidayət Heydərovun doğma kəndinin yolu nə zaman təmir olunacaq? – RƏSMİ AÇIQLAMA - VİDEO

Hazırda oxunan: Hidayət Heydərovun doğma kəndinin yolu nə zaman təmir olunacaq? – RƏSMİ AÇIQLAMA - VİDEO

Hidayət Heydərovun doğma kəndinin yol problemi haqqında RƏSMİ AÇIQLAMA. Alxasava kəndinin yolunun təmiri ilə bağlı yaşanan problemlər və açıqlamalar.
204589

Parlaq çıxışı ilə Olimpiya zirvəsini fəth edən, həmyerlimiz Hidayət Heydərovun doğma kəndinin yol problemi haqqında məlumat vermişdik. Söhbət Göyçay Alxasava kəndindən gedir. 

Kənd sakinlərinin sözlərinə görə, yayda toz, qışda isə palçıq səbəbindən yolda hərəkət etmək mümkün deyil. Sakinlər bildiriblər ki, yolun təmiri ilə bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət edilsə də, heç bir nəticə hasil olmayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Hidayət Heydərovun doğma kəndində bayram AB-HAVASI – Sakinlər hansı problemin həllini gözləyir? – VİDEOREPORTAJ


Alxasava kəndinin yolunun nə zaman əsaslı təmir olunacağını öyrənmək üçün Göyçay rayon İHB-nın köməkçisi Kamil Xəlilovla əlaqə saxladıq. O, Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, kənd yolları İcra Hakimiyyətinin deyil, bələdiyyənin balansındadır. 

“Bizə buna görə vəsait ayrılmır. Tək Alxasava kəndi deyil, digər kəndlərin də yollarının təmirə ehtiyacı var. Bütün kəndlər layihəyə salınıb və biz bunu aidiyyatı üzrə təqdim etmişik, digər suallarınızı baş memar vəzifəsini icra edən şəxşə ünvanlayın”.

Baş memar vəzifəsini icra edən Ayaz Səfərəliyevlə də əlaqə saxladıq. A. Səfərəliyevin cavabı isə belə oldu:

“Tez bir zamanda bu yolun təmir olunma ehtimalı yoxdur. Biz bu yolları plana salmışıq və təmir işlərini biz həyata keçirmirik, Azəravtoyol məşğul olur”.

Məsələ ilə bağlı Dövlət Avtomobil Yolları Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Bizim.Media-ya bildirdi ki, Qaraməryəm-Müsüslü avtomobil yolu respublika əhəmiyyətli yoldur: 

“Yolun yenidənqurulması ilə bağlı təkliflər hazırlanıb aidiyyatı üzrə təqdim olunub. Maliyyə vəsaitinin ayrılması nəzərdə tutulub. Vəsait ayrıldığı tədqirdə yolun əsaslı təmirinə başlanılacaq”.

Qeyd edək ki, Alxasava kəndi uzunluğu 23 km olan Qaraməryəm-Müsüslü yolunun 6-cı km-də yerləşir. Bu yoldan Alxasavaya 3 km məsafə var. Qaraməryəmdən Alxasavaya ümumilikdə 9 km yolun təmirə ehtiyacı var.

Yoldan Alxasavaya cəmi 3 km-dir məsafə var. Lakin kənd Qaraməryəm -Müsüslü yolunun üstündə olduğuna görə 9 km məsafə təmir olmalıdır ki bu kəndə getmək mümkün olsun.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin