Üç hakimin səlahiyyətlərinə xitam verildi

Hazırda oxunan: Üç hakimin səlahiyyətlərinə xitam verildi

20457

Məhkəmə-Hüquq Şurasının videokonfrans formatında iclası keçirilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Şuradan məlumat verilib. 

İclasda bildirilib ki, fərmanın icrası çərçivəsində hakimlərin fəaliyyətinin hərtərəfli və prinsipial qiymətləndirilməsi məqsədilə yeni qaydalar təsdiq edilib, onun elektron proqram təminatı hazırlanıb.
 

MÖVZU İLƏ BAĞLI:

Hakimliyə namizədlərlə test imtahanı keçirildi


Həmin qaydalara uyğun olaraq 120-dək hakimin fəaliyyətinin qiymətləndirilməsi məqsədilə ali, apellyasiya və digər müvafiq məhkəmələrin rəyləri, Ədliyyə Nazirliyinin məlumatları, sair aidiyyəti materiallar toplanılıb, zəruri təhlillər aparılıb və yekun rəylər hazırlanaraq Şuranın müzakirəsinə çıxarılıb.

İclasda həmin hakimlər barədə qiymətləndirmə materialları hərtərəfli müzakirə olunaraq, onlardan 14 nəfərin fəaliyyətində peşəkar çatışmazlıqlar müəyyən olunub və işdə dönüş yaratmaları üçün 6 ay vaxt verilib, 3 nəfərin səlahiyyətlərinə xitam verilməsi qərara alınıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin