Vergi orqanındakı məlumatlara çıxışla bağlı qaydalar təsdiqləndi

Hazırda oxunan: Vergi orqanındakı məlumatlara çıxışla bağlı qaydalar təsdiqləndi

Nazirlər Kabinetinin təsdiq etdiyi Vergi ödəyicisinin digər vergi ödəyicilərinin vergi orqanında olan məlumatlarına çıxış əldə etməsi Qaydaları haqqında xəbər.

204562

Nazirlər Kabineti “Vergi ödəyicisinin digər vergi ödəyicilərinin vergi orqanında olan məlumatlarına çıxış əldə etməsi Qaydaları”nı təsdiq edib. 

Bizim.Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. 

Qərara əsasən, Qaydalar Vergi Məcəlləsinə əsasən hazırlanıb və təsərrüfat əməliyyatları aparılan zaman vergi ödəyicisi tərəfindən malları (işləri, xidmətləri) ona təqdim edən digər vergi ödəyicilərinin vergi orqanında olan məlumatlarına çıxış əldə etməsi qaydasını, təqdim edilən məlumatların dairəsi və hədlərini, habelə məlumatların təqdim edilməsi üzrə verilən sorğuların uçotunun aparılması qaydasını müəyyən edir. 

Qaydalarda istifadə olunan anlayışlar Vergi Məcəlləsində və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş mənaları ifadə edir. 

Məlumatlar dövlət hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və büdcə təşkilatları istisna olmaqla yalnız sorğulanan və vergi ödəyicisi kimi uçota alınmış şəxslər üzrə təqdim edilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin