"TikTok"da yazılan şərhə görə adam bıçaqladı

Hazırda oxunan: "TikTok"da yazılan şərhə görə adam bıçaqladı

204561

Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Əmrah Əmrahovun cinayət işi üzrə məhkəmə ifadəsi məlum olub. 

Bizim.Media xəbər verir ki, “pravda.az”ın əldə etdiyi məlumata görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan olunmuş ittiham üzrə Əmrah Əmrahov özünü qismən təqsirli bilib. 

O, ifadəsində qeyd edib ki, işdə olduğu zaman "TikTok" sosial şəbəkəsində yazılan şərhə cavab verib: 

"Bununla bağlı zərərçəkmiş Ömər Bəbirov məni görüşə çağırdı. Onun dediyi yerə getdim. 261 nömrəli tam orta məktəbin həyətində görüşdük. Bu zaman Ömər üzərimə gəldi. Buna görə də qorxaraq onu bıçaqla vurdum. Əməlimdən çox peşmanam. Hadisədən sonra zərərçəkmişlə barışmışam, ona vurulmuş ziyanı ödəmişəm və bu səbəbdən də Ömərin mənə qarşı heç bir şikayət və tələbi yoxdur". 

Verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs vurğulayıb ki, "TikTok" zərərçəkmiş "sən burada olmamısan" şərhini yazıb: 

"Mən də Ömərə cavab olaraq yazdım ki, "bəs sən necə, burada olmusan?" Bundan sonra zərərçəkmiş şəxs məni görüşə çağırdı. Görüşməyi və görüş yerini Ömər özü mənə təklif etdi. Görüş zamanı zərərçəkmiş şəxs mənim üzərimə gəldi. Bu zaman əlimi gödəkçəmin cibinə atdım. Düşündüm ki, Ömər bıçaq çıxarıb məni vuracaq. Bundan ehtiyat edərək zərərçəkmiş şəxsə bıçaqla xəsarət yetirdim. Hadisə yerində məndən və Ömərdən başqa heç kəs yox idi. Hadisədən bir gün sonra özüm polis bölməsinə gedərək təslim oldum". 

Qeyd edək ki, hadisə ötən ilin dekabrında paytaxtın Xətai rayonunda qeydə alınıb. Belə ki, Əmrah Əmrahov "TikTok" sosial şəbəkəsində tanımadığı Ömər Bəbirovun tanışının videosunun altından rəy yazıb.

Tərəflər məhz buna görə yaranan mübahisəyə aydınlıq gətirmək üçün görüş təyin edirlər. Onlar Xətai rayonu ərazisində yerləşən məktəblərin birinin həyətində görüşərək mübahisələrini davam etdiriblər. Bu məqamda Əmrah Əmrahov başı ilə Ömər Bəbirovun sifət nahiyəsindən zərbə vurub, ardınca isə üzərində gəzdirdiyi bıçaqla döş qəfəsindən bir dəfə vuraraq, onun sağlamlığına ağır zərər vurub. Əmrah Əmrahova qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə) maddəsi ilə ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Əmrahov 6 il müddətinə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin