400-ə yaxın müəllimin tədrisdənkənar alternativ işlərlə təmin olunması prosesi gedir.
Bizim.Media xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli jurnalistlərə açıqlamasında deyib.
N.İsmayılbəyli bildirib ki, işdən azad olunmuş müəllimlərlə əlaqədar komissiyalar yaradılıb və onların həssaslığı nəzərə alınaraq, alternativ işlərlə təmin edilməsi üçün çalışmalar davam etdirilir:
"Həssas təbəqədən olan müəllimlərin sertifikasiya müsabiqəsindən keçməməsinə və işdən uzaqlaşdırılmasına baxmayaraq, onların sosial həssaslığı araşdırılır. Bu hal təsdiqlənərsə, həmin müəllimlər müxtəlif işlərlə təmin olunacaq".
O bildirib ki, bu sıraya məktəblər təhsil müəssisələrindəki vakansiyalar, sosial pedaqoq, nizam-intizam prossesinin təşkili və sair işlər daxildir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:42 / 31.07.2024
Sertifikasiyadan keçməyən bəzi müəllimlər alternativ işlə TƏMİN OLUNACAQLAR
Hazırda oxunan: Sertifikasiyadan keçməyən bəzi müəllimlər alternativ işlə TƏMİN OLUNACAQLAR
Hazırda oxunan: Sertifikasiyadan keçməyən bəzi müəllimlər alternativ işlə TƏMİN OLUNACAQLAR
Sertifikasiyadan keçməyən bəzi müəllimlər alternativ işlə TƏMİN OLUNACAQLAR 400-ə yaxın müəllimin tədrisdənkənar alternativ işlərlə təmin olunması prosesi gedir.
204460
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.