SON DƏQİQƏ: Laçında dörd hərbçimiz həyatını İTİRDİ

Hazırda oxunan: SON DƏQİQƏ: Laçında dörd hərbçimiz həyatını İTİRDİ

Laçında dörd hərbçimiz həyatını İTİRDİ. İyulun 30-u xidmətdən kənar saatlarda Laçın rayonunda kükürd qazlı termal sularda çimərkən zəhərlənən hərbi qulluqçularımızın meyitləri aşkar edilib. Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edənlərin ailələrinə başsağlığı verir.

204431

Azərbaycan Ordusunun hərbi qulluqçuları həlak olub.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iyulun 30-u xidmətdən kənar saatlarda Laçın rayonu ərazisində kükürd qazlı termal sularda çimərkən ilkin ehtimala görə zəhərlənən Azərbaycan Ordusunun hərbi qulluqçuları kapitan Emnalıyev Asif Qəhrəman oğlu, gizir Cəbrayılov Fərid Famil oğlu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Səmədov Tural Maşallah oğlu və çavuş Şahmarlı Emin Oqtay oğlunun meyitlərinin aşkar edilib.

"Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin!", - məlumatda qeyd edilib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin