Bakıda mahnı sifarişi və söyüş üstündə Dövlət Sərhəd Xidmətinin (DSX) baş giziri Cəsarət Vəliyevi qətlə yetiriməkdə digər əməkdaşı Camal Həsənova isə bıçaqla xəsarət yetirməkdə təqsirləndirilən Orxan Zeynalov və İlqar Abdurrahmanovun cinayət işi üzrə məhkəmə istintaqı tamamlanıb.
Bizim.Media “report.az”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə iş üzrə materiallar tədqiq olunduqdan sonra məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul olunub.
Daha sonra dövlət ittihamçısı çıxış üçün vaxt istəyib.
Prosesdə hadisə anına aid videomateriallar tədqiq olunan zaman məlum olub ki, C.Vəliyev xəsarət aldıqdan sonra uzun müddət hadisə yerində qalaraq qan itirib.
Məhkəmənin növbəti iclası avqustun 21-nı təyin olunub.
Qeyd edək ki, qətlə yetirilən C.Vəliyev DSX-nin baş giziri olub. Hadisə ötən il martın 16-da xidmətdənkənar vaxtda, saat 00:30 radələrində metronun "20 Yanvar" stansiyası yaxınlığındakı restoranda mahnı sifarişi və söyüş üstündə baş verib.
Hadisəni törətməkdə şübhəli bilinən Orxan Zeynalov və İlqar Abdurrahmanov polis əməkdaşları tərəfindən saxlanılaraq barəsində həbs-qətimkan tədbiri seçilib.
Orxan Zeynalova qarşı Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 29,120.2.1, 29,120.2.2 ( bir qrup şəxs tərəfindən xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd) və 221.2.2-ci (xuliqanlıq), İlqar Abdurrahmanova isə Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 29,120.2.1, 29,120.2.2 ( bir qrup şəxs tərəfindən xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd) və 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsi ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, baş gizir Cəsarət Vəliyev 44 günlük Vətən müharibəsində və Ermənistanın genişmiqyaslı təxribatlarının qarşısının alınması zamanı döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirərək “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə” və Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:20 / 31.07.2024
Bakıda DSX hərbçisini mahnı sifarişinə görə ÖLDÜRDÜLƏR
Hazırda oxunan: Bakıda DSX hərbçisini mahnı sifarişinə görə ÖLDÜRDÜLƏR
Hazırda oxunan: Bakıda DSX hərbçisini mahnı sifarişinə görə ÖLDÜRDÜLƏR
204407
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.