Gəncədə çayda tapılan meyitin kimliyi məlum olub.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inpektoru, polis mayoru Eşqin Qasımovun Bizim.Media-nın yerli bürosuna məlumatına görə polis əməldaşlarının əraziyə gələrək keçirdiyi ilkin baxış zamanı üzərində zorakılıq izləri aşkarlanmayan meyitin Yevlax şəhər sakini 2007-ci il təvəllüdlü F. Əmraslanova aid olması müəyyən edilib.
MÖVZU İLƏ BAĞLI:
Gəncədə naməlum qadın meyiti TAPILDI - FOTO/VİDEO
Meyit tibbi ekspertizaya təqdim edilib.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu