Masallı şəhər sakini Vüsal Muradov idarə etdiyi "Mercedes" markalı avtomobillə yol hərəkət qaydasını pozduğu üçün Ələt-Astara yolunun 157-ci kilometrliyində Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 11-ci tağımının əməkdaşları tərəfindən saxlanılıb.
Bizim.Media xəbər verir ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan V.Muradovun narkotik vasitədən istifadə etdiyi də müəyyən edilib.
Sürücü barəsində inzibati qaydada protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə o, 15 gün müddətinə inzibati qaydada həbs edilib.
Sabutay, Bizim.Media, Cənub bürosu
- A-
- A
- A+
Cəmiyyət
12:54 / 30.07.2024
Narkotik qəbul edərək avtomobil idarə edən sürücü HƏBS OLUNDU
Hazırda oxunan: Narkotik qəbul edərək avtomobil idarə edən sürücü HƏBS OLUNDU
Hazırda oxunan: Narkotik qəbul edərək avtomobil idarə edən sürücü HƏBS OLUNDU
204245
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.