Qızını döyən şəxsi bıçaqlayan ata azad edildi – Məhkəmə

Hazırda oxunan: Qızını döyən şəxsi bıçaqlayan ata azad edildi – Məhkəmə

204237

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa zərərvurmada təqsirləndirilən Nazim Kərəmovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb. 

Bizim.Media “Pravda.az”-a instinadən xəbər verir ki, hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Məhkəmənin hökmü ilə Nazim Kərəmova şərti cəza verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və Nazim Kərəmov dərhal həbsdən azad olunub. 

İttihama görə, hadisə 21 dekabr 2023-cü il tarixdə, saat 19 radələrində Sumqayıt şəhəri, "Tuq zavod" adlanan ərazidə yerləşən dəmir yolu keçidinin yaxınlığında qeydə alınıb. Belə ki, Nazim Kərəmov qızının ailəsində baş vermiş mübahisələrdən dolayı övladının qaynı, zərərçəkmiş Samir Qafarova (soyadı şərti) irad bildirib. Mübahisə zamanı Samir onu yumruqla vurub. Bu zaman Nazim istintaqla müəyyən edilməyən predmetlə zərərçəkmişin qarın, qasıq və kürək nahiyəsinə qəsdən vuraraq, ona xəsarətlər yetirib. Hadisədən sonra Nazim Kərəmov saxlanılaraq istintaqa cəlb edilib. 

O, istintaqa ifadəsində bildirib ki, qızının qaynı və qayınanası övladını döyüblər. Hadisə də elə bunun üstündə qeydə alınıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin