Dəmir yolu xəttini keçmək istədi - Elektrovoza toxundu

Hazırda oxunan: Dəmir yolu xəttini keçmək istədi - Elektrovoza toxundu

204231

Bu gün saat 01:45 radələrində “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) məxsus yük qatarı Biləcəri-Keşlə sahəsində hərəkətdə olarkən 1994-cü il təvəllüdlü Əsədzadə İlham İntiqam oğlu dəmir yolu xəttini qadağan olunmuş yerdən keçməyə cəhd edib, elektrovoza toxunaraq bədən xəsarəti alıb.

ADY-dən Bizim.Media-ya verilən məlumata görə, hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağrılıb və həmin şəxs xəstəxanaya çatdırılıb. Hazırda yaralının vəziyyəti normaldır.

“ADY bir daha piyadaları dəmir yollarından təhlükəsiz istifadə qaydalarına ciddi əməl etməyə, dəmir yolu xətlərini yalnız müəyyən olunmuş yer və keçidlərdən keçməyə çağırır”, - məlumatda qeyd olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin