77 saylı avtobusun daşıyıcısına xəbərdarlıq edildi - FOTO 'Xaliq Faiqoğlu' şirkətinin müvəqqəti istismarında olan 77 nömrəli müntəzəm avtobus marşrutunda baş verən hadisə araşdırılıb. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişinə qarşı kobud rəftar edən dispetçer Gəray Allahverdiyev barəsində tədbir görülməsi ilə bağlı daşıyıcıya xəbərdarlıq edib. Həmçinin gələcəkdə bu cür halların təkrarlanmaması üçün işçi heyətin təlimatlandırılması tapşırılıb.
"Xaliq Faiqoğlu" şirkətinin müvəqqəti istismarında olan 77 nömrəli müntəzəm avtobus marşrutunda baş verən hadisə araşdırılıb".
Bizim.Media xəbər verir ki, bu məlumatı oxu.az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) verib.
"Sərnişinə qarşı kobud rəftar edən dispetçer Gəray Allahverdiyev barəsində tədbir görülməsi ilə bağlı daşıyıcıya xəbərdarlıq edilib. Həmçinin gələcəkdə bu cür halların təkrarlanmaması üçün işçi heyətin təlimatlandırılması tapşırılıb", - deyə məlumatda bildirilir.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.