Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası ilə bağlı qaydaya DƏYİŞİKLİK EDİLDİ

Hazırda oxunan: Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası ilə bağlı qaydaya DƏYİŞİKLİK EDİLDİ

Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası ilə bağlı qaydaya dəyişiklik edildi. Baş nazir Əli Əsədov tərəfindən imzalanan qərarla yeni təkliflər tətbiq olunur.

204153

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla, "Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası və cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırılması Qaydası" dəyişib.

Sənədə yeni əlavə edilən bəndə əsasən, akkreditə olunma üçün bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar media subyektindən tələb edilmir.

Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda isə onların təqdim edilməsi media subyektinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya media subyekti tərəfindən təmin edilir.

Qərarla bağlı daha ətraflı buradan məlumat əldə edə bilərsiniz.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin