Bakıda yeni multimodal nəqliyyat mübadilə mərkəzi YARADILIB

Hazırda oxunan: Bakıda yeni multimodal nəqliyyat mübadilə mərkəzi YARADILIB

Koroğlu metrostansiyası ətrafında yeni multimodal nəqliyyat mübadilə mərkəzi yaradılıb. Məqsəd sərnişinlərin rahat gediş-gəlişinin təmin edilməsidir. Metro, avtobus, dəmiryolu, taksi və fərdi ictimai nəqliyyatı əlaqələndirən HUB sərnişinlərə rahat keçidi təmin edəcək. Avtobuslar, taxi və elektrik avtobuslar üçün şərait yaradılıb.

204141

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) "Koroğlu" metrostansiyasının ətrafında yeni multimodal nəqliyyat mübadilə mərkəzi yaradıb.

Bizim.Media xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.
 

Bildirilib ki, məqsəd sərnişinlərin ictimai nəqliyyata əlçatanlığının artırılması, rahat gediş-gəlişinin təmin edilməsidir.


Odur ki, metrostansiyanın cənub çıxışında avtobus, metro, dəmiryolu stansiyası, taksi duracağı, fərdi və ictimai nəqliyyat qovşağını (park and ride) əlaqələndirən yeni multimodal nəqliyyat mübadilə mərkəzi (HUB) yaradılıb. Onun sayəsində sərnişinlərin avtobus, dəmiryolu və metro arasında rahat keçidi təmin ediləcək, nəqliyyatın xaotik hərəkətinin qarşısı alınacaq, habelə avtobusların boş yürüş məsafəsi azaldılmaqla əsas magistrala çıxışı asanlaşacaq.

Ərazidə, həmçinin əhalinin nəqliyyat vasitələrini park edərək ictimai nəqliyyatdan istifadəsi üçün şərait yaradılıb.

Həyata keçirilən işlər çərçivəsində metrostansiyanın cənub çıxışında dəmiryolu stansiyasına yaxın 3 perronlu avtobus dayanacağı yaradılıb. Minik avtomobilləri üçün “park and ride” tipli 200-ə yaxın parklanma yeri təşkil edilib. Taksi minik avtomobilləri üçün duracaq yaradılıb. Eyni zamanda ərazidə elektrik mühərrikli avtobuslar üçün dolum məntəqələrinin quraşdırılması da nəzərdə tutulub.

İlkin mərhələdə nəqliyyat mübadilə mərkəzi ərazisində gün ərzində 15 müntəzəm (140, 140E, H1, 141E, 160, 171, 172, 214, M8, 60, 62, 70, 93, 184, 204) marşrut xətti üzrə 200-ə yaxın avtobus fəaliyyət göstərəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin