Azərbaycanda orqanını bağışlamaq istəyən şəxs sənədini göstərməklə bunu edə biləcək - VİDEO  

Hazırda oxunan: Azərbaycanda orqanını bağışlamaq istəyən şəxs sənədini göstərməklə bunu edə biləcək - VİDEO  

20409

“Mənə öləndən sonra orqanlarını bağışlamaq istədikləri barədə müraciət edən insanlar var. Bu gözəl addımdır. Çünki bizim və ailə üzvlərimizin gələcəkdə orqanlara ehtiyacı ola bilər”.

Bizim.Media xəbər verir ki, bu barədə “ARB 24”də yayımlanan  “İş vaxtı” verilişində həkim Mircəlal Kazımi danışıb.

O bildirib ki, hazırda transplantasiya məqsədilə öləndən sonra oraqanların bağışlamaq istəyənlərin qeydiyyata alınması ilə  məşğul olan rəsmi qurum yoxdur:

“Orqan Donorluğu və Transplantasiyası ilə bağlı yeni qanunda bu problem həllini tapacaq. Qeydiyyatla bağlı sistem yaradılacaq. Bu istiqamətdə iş gedir. Şəxsiyyət vəsiqəsində, sürücülük vəsiqəsində və ya digər sənədlərdə bu qeydiyyat kimi aparılacaq. Hər bir insan şəxsi iradəsilə orqanını bağışlamaq barədə qərar verə bilər. Bu barədə rəsmi qərar yoxdur , amma olacaq. Bir insan bütün və ya bir orqanını bağışlamaq imkanına malik olacaq”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin