Bir qadının şəkillərinin sosial şəbəkədə paylaşılaraq nalayiq ifadələr yazılması və silinməsi müqabilində ondan pul tələb olunması barədə polisə məlumat daxil olub.
Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən A.Ağayev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
Bizim.Media