Hacı Məmmədovun bandasındakı şəxs azadlığa buraxıldı

Hazırda oxunan: Hacı Məmmədovun bandasındakı şəxs azadlığa buraxıldı

Hacı Məmmədovun rəhbərlik etdiyi dəstənin tərkibində olan Hüseynağa Fərzəliyev cinayət məsuliyyətindən azadlığa buraxıldı. Hacı Məmmədovun intiharı ilə əlaqədar son cəlb edilmişdi.
204054

Hacı Məmmədovun rəhbərlik etdiyi dəstənin tərkibində silahlı bandalarda və onların törətdikləri basqınlarda iştirak etməkdə ittiham olunan Hüseynağa Fərzəliyev 28 il sonra mühakimə edilib.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda dəlil və sübutlar tədqiq edilib, şahidlər dindirilib. Bu gün keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən, H.Fərzəliyevin cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən məhkəmə zalından birbaşa azadlığa buraxılıb.

Qeyd edək ki, xüsusilə ağır cinayətlər üzrə qanunla müəyyən edilən cəlbetmə müddəti 20 ildir. 
 

İttihamda deyilir ki, H.Fərzəliyev 1996-cı ildə başqaları ilə birlikdə silahlı qrupun törətdiyi basqında iştirak edib. Təqsirləndirilən şəxs və digərləri iş üzrə zərərçəkmiş kimi tanınan Tofiq Bayramovu həyat və sağlamlıq üçün təhlükəli üsulla ona fiziki iztirab verməklə azadlıqdan məhrum edib. 


Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili, ağır qətllər və adam oğurluğunda ittiham edilərək ömürlük həbs cəza almış Hacı Məmmədov həbsdə intihar edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin