Xətai rayonunun ərazisindəki evlərin birindən 15000 manat dəyərində qızıl-zinət əşyası oğurlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Xətai RPİ 36-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və dələduzluğa görə məhkum olunmuş Taleh Salmanov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
Bizim.Media