“Azercell” mesajlarda niyə Azərbaycan əlifbasından istifadə etmir? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: “Azercell” mesajlarda niyə Azərbaycan əlifbasından istifadə etmir? – RƏSMİ AÇIQLAMA

204048

“Dövlət dili haqqında” qanuna görə, dövlət dilini bilmək hər bir vətəndaşın borcudur. Hər bir hüquqi, fiziki və vəzifəli şəxs Azərbaycan dilinin orfoqrafiya və orfoepiya normalarına əməl etməlidir.

Lakin həm yazılı, həm də şifahi nitqdə ana dilinin normalarına riayət olunmaması hallarına rast gəlinir.

Bu normaları gözləməyən və yaxud dildən istifadədə qüsurlara yol verilən sahələrdən biri də mobil operator xidmətləridir. Mobil operatorların abunəçilərə göndərdikləri mesajlarda hələ də ingilis şriftlərindən istifadə edilir. Mesajların mətni Azərbaycan əlifbasındakı “ş”, “ğ”, “ə” və digər hərflərlə yazılmadığı üçün çətin anlaşılır.

Bəs bunun səbəbi nədir? Mobil operatorlar nə zaman Azərbaycan dilinin orfoqrafiya qaydalarına riayət edəcəklər?

Bizim.Media bununla bağlı uzun müddətdir hər üç mobil operatora sorğu ünvanlasa da yalnız bir operator sorğumuzu cavablayıb.

“Azərcell Telekom” MMC-dən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, bunun bir neçə səbəbi var:

“SMS xidməti çərçivəsində göndərilən qısa mesajın məzmunu xidmətin xüsusiyyətlərini nəzərə alaraq 160 simvoldan (kiril əlifbasından, yaxud müxtəlif kodlaşmalardan, o cümlədən spesifik Azərbaycan əlifbasına aid hərflərdən istifadə edərkən isə 70 simvoldan) artıq olduqda, SMS məzmunundakı simvolların sayından, həmçinin də mesajı göndərən və qəbul edən nömrələrdə istifadə edilən mobil telefon cihazlarının proqram təminatından, texniki xüsusiyyətlərindən və s. hallardan asılı olaraq bütöv bir SMS və ya bir necə SMS-ə bölünməklə çatdırıla və qəbul edilə bilər. Bu barədə abunəçilərə rəsmi internet səhifəsində xəbərdarlıq edilir”.

Məlumatda qeyd edilib ki, bəzi telefon modelləri Azərbaycan əlifbasını dəstəkləmir:

“Abunəçilərin istifadə etdikləri bir çox telefon modelləri Azərbaycan əlifbasını dəstəkləmədiyindən, şirkətimiz tərəfindən xəbərdarlıq məzmunlu SMS-lər göndərilərkən xəbərdarlıq məzmunlarının çatımlığını təmin etmək üçün spesifik Azərbaycan əlifbasına aid hərflərdən istifadə edilmir”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin