Zabitə süpürgəçi “vəzifəsi” verən Pirallahı icra hakimiyyətindən REAKSİYA 

Hazırda oxunan: Zabitə süpürgəçi “vəzifəsi” verən Pirallahı icra hakimiyyətindən REAKSİYA 

20402

Xəbər verildiyi kimi Pirallahı rayon İcra başçısı Vətən Müharibəsində qəhrəmancasına döyüşmüz zabitə süpürgəçi işləməyi təklif edib. Bu barədə İkinci Qarabağ müharibəsi iştirakçısı, taqım komandiri, baş leytenant İqbal Səfərov məlumat verib. Zabitin sözlərinə görə hərbi xidmətindən tərxis olunandan sonra Pirallahı rayon İcra basçısı Vasif İmanovla iki dəfə görüşüb. İcra başçısı zabiti Fəxri Fərmanla təltif edib və ona səmimi münasibət sərgiləyib.  

Ali təhsilli, iki diplomu və xarici dil biliyi olduğunu vurğulayan İqbal Səfərov mayın 5-də ona Pirallahı rayon İcra basçısı tərəfindən süpürgəçi işinin təklif olunmasından şikayətlənib.

O, küçədə süpürgəçilik işinin hansı əsaslarla ona rəva görüldüyündən gileylənib. 

Məsələ ictimaiyyətdə də ciddi müzakirələr yaradıb. Sosial şəbəkələrdə icra başçısının bu addımı Vətən Müharibəsində qəhrəmancasına döyüşən zabitə, elədə də savaşda şücaətlik nümayiş etdirən bütün hərbçilərimizə qarşı hörmətsizlik kimi qiymətləndirilib. 

Məsələ ilə bağlı Bizim.Media Pirallahı Rayon İcra Hakimiyyəti ilə əlaqə yaradıb.

Qurumun mətbuat katibi zənglərimizə cavab verməyib. İcra başçısının müavini İsmayıl Əliyevlə danışığımız baş tutsa da, o, mövqe almaq üşün yenidən bizi mətbuat katibinə yönəldib:

“Bu istiqamətdə bütün suallar (012) 556-59-46 nömrəsi ilə əlaqədə cavablandırılır”. “Siz də başçının müavinisiniz, mövqeyiniz yoxdur”-sualına İsmayıl Əliyevin cavabı belə olub:

“Ən düzgün açıqlama informasiya şöbəsindən verilir. Narahat olmayın siz əlaqə saxlayın, mən onlara tapşıracam, telefonu götürəcəklər”. 

Yarım saat başçı müavinin yönləndirdiyi əlaqə nömrələrinə yığsaq da, zənglərimiz cavabsız qaldı. Təkrar olaraq icra başçısının müavini ilə də danışmaq mümkün olmayıb.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin