Qubada körpü uçdu - 6 kəndin rayon mərkəzi ilə əlaqəsi kəsildi - FOTO/VİDEO

Hazırda oxunan: Qubada körpü uçdu - 6 kəndin rayon mərkəzi ilə əlaqəsi kəsildi - FOTO/VİDEO

Qubada körpü uçdu - 6 kəndin rayon mərkəzi ilə əlaqəsi kəsildi. Əlik körpüsünün uçmasına intensiv yağışların səbəb olduğu bildirilir. Xınalıq, Bostankeş, Haput, Cek, Əlik, Qəley-Xudat kəndləri rayon mərkəzi ilə əlaqəsi tam kəsildi. Yeni körpü inşa olunana qədər əhalinin və turistlərin Xınalıq yönündə yeni yol istifadə etmələri təklif olunur.

204016

Quba-Xınalıq yolunun 42-ci km-də yerləşən Əlik kəndi ərazisində körpü güclü sel səbəbindən uçub. 

Bu səbəbdən Xınalıq, Bostankeş, Haput, Cek, Əlik, Qəley-Xudat kəndlərinin rayon mərkəzi ilə əlaqəsi tam kəsilib.

Quba FHK sədri Tariyel İbrahimov Bizim.Media-ya faktı təsdiqləyib.

Onun sözlərinə görə, yeni körpü inşa olunana qədər 6 kəndin əhalisi və turistlər Xınalıq və bu istiqamətə yeni çəkilən Xınalıq-Susay-Alpan  yolundan istifadə edə bilərlər.

"Əlik körpüsünün uçmasına səbəb intensiv yağışların gətirdiyi güclü seldir" - deyə T.İbrahimov vurğulayıb.






Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin