Yağış nəticəsində Astara rayonunun Diqoli kəndindən keçən 10 kv-luq elektrik dirəkləri aşıb.
Bizim.Media xəbər verir ki, elektrik naqilləri kənd sakinləri Xanəhməd Şabanov və Elsevər Hüseynova məxsus inəklərin üstünə düşərək öldürüb. Sakinlərə ümumilikdə 3000 manata yaxın ziyan dəyib.
Əraziyə texnika cəlb olunub. Problemin aradan qaldırılması istiqamətində işlər görülür.
Astarada güclü küləklə muşayiət olunan leysan hazırda da yağır.
Sabutay, Bizim.Media, Cənub bürosu