Seçkilər ilə əlaqədar 6 milyondan çox bülleten çap ediləcək

Hazırda oxunan: Seçkilər ilə əlaqədar 6 milyondan çox bülleten çap ediləcək

Mərkəzi Seçki Komissiyasının (MSK) növbədənkənar parlament seçkiləri ilə əlaqədar keçiriləcək 6 milyon 516 min 567 seçki bülleteninin çap olunacağı barədə qərarı səsverməyə qoyulub.
203826

Seçki bülletenlərinin hazırlanması qaydasına, mətninə, formasına, sayına dair tələblər təsdiq edilib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məsələ müzakirə olunub.

Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımovun təqdimatına əsasən, seçki bülletenlərində namizədlərin soyadları əlifba sırası ilə yerləşdirilir: "Hər bir seçki bülleteni MSK-nın müəyyən etdiyi qaydada bir-bir və ardıcıl olaraq nömrələnməlidir və onun doldurulması qaydası haqqında izahat verilməlidir".

O bildirib ki, sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar 6 milyon 516 min 567 seçki bülleteni çap ediləcək.

Qərar səsverməyə qoyularaq qəbul edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin