Azərbaycanda oropuş qızdırması yayıla bilər? – Professordan AÇIQLAMA

Hazırda oxunan: Azərbaycanda oropuş qızdırması yayıla bilər? – Professordan AÇIQLAMA

Azərbaycanda oropuş qızdırması yayıla bilər? Tibbi ekspertlər nə deyir? Oropuş xəstəliyinə qarşı nə etməliyik? Bu mövzuda mütəxəssislərin fikirləri və təhlilləri.

203696

Oropuş qızdırmasının dünyada ilk qurbanı iki braziliyalı qadın olub. Bu barədə Braziliyanın Səhiyyə Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, ölən 30 yaşdan kiçik qadınlarda denge qızdırmasının şiddətli formasına bənzəyən əlamətlər və simptomlar olub.

Bəs bu xəstəliyin ölkəmiz üçün təhlükə arealı necə olacaq?
 

MÖVZU İLƏ BAĞLI:

Ağcaqanad dərmanlarının insan orqanizminə ziyanı - VİDEO


Tibbi ekspert Adil Qeybulla mövzu ilə bağlı Bizim.Media-ya danışıb. O bildirib ki, oropuş qızdırması hipertoniya yaradan viruslar tərəfindən törədilir:

“Oropuş xəstəliyinin əsas keçiriciləri xüsusi ağcaqanadlardır. Onlar vasitəsilə xəstəlik yayılır. Buna görə də xəstəliyin pandemiya formasında bütün dünyaya yayılma riski real görünmür. Azərbaycan üçün xüsusi təhlükə olacağını zənn etmirəm. Xəstəlik  3 və 4-cü gündən etibarən yüngül keçir. Ancaq hər hansı bir epidemik ocaq müşahidə edildikdə, ÜST bu xəstəliklə bağlı bəyanat yaydıqda istənilən halda transsərhəd zonalarına nəzarəti gücləndirməliyik. Bundan əlavə, diqqətli və sayıq olmalıyıq”.

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin