Dövlət Statistika Komitəsi ölkədə siqaret çəkənlərin təsnifatlaşdırılmış siyahısını paylaşıb. Məlum olub ki, Azərbaycanda əhalinin 7%-i gündə 20 ədəddən çox siqaret çəkir. Bu isə kifayət qədər böyük rəqəmdir.
Qurumun məlumatına görə, yaşı 65-dən yuxarı olanların 7,8, 45-64 yaş arasında olanların 8,8, 20-44 yaş arasında olanların 5, 15-19 yaş arasında olanlarınsa sıfır faizi sutkada bir “paçka”dan artıq siqaret çəkir.
Bəs bu qədər çox siqaret çəkmək hansı ciddi fəsadları törədir?
Məsələ ilə bağlı fikirlərini ilə bölüşən həkim Əsəd Beydullayev bildirib ki, siqaret öldürücülüyü təsdiq olunmuş və leqal şəkildə realizə edilən məhsuldur:
“Siqaretin fəsadları həm bilinir, həm də görülür. Praktika onu göstərir ki, siqaretin fəsadlarını görmək üçün o qədər də uzun müddət gözləmək lazım deyil. Əvvəllər 50-60 yaşlı kişilərdə patologiyaları görməyə alışmışdıq. Amma bu günün reallığı onu göstərir ki, o yaşa qədər gözləməyə ehtiyac yoxdur. Artıq daha erkən yaşlarda fəsadlar ortaya çıxmağa başlayıb.
Siqaretdən ortaya çıxan əsas xəstəlik xroniki ağciyər xəstəliyidir. Bu asmaya bənzəyən bir xəstəlikdir. Xəstə nəfəs darlığından, sinədə xışıltıdan şikayət edir. Amma asma xəstəliyndən fərqli olaraq bu narahatlıqdan geri dönüş olmur. Yəni xəstə siqaret çəkməyə davam etdikcə vəziyyət daha da ağırlaşır. İkinci rastlaşılan xəstəlik - ağciyər xərçəngidir. Siqaret atmış şəxs 10 il sonra da xərcə yoluxma riskini özündə saxlayır.
Siqaret çəkənlərdə bu xəstəliyə yoluxma riski digər insanlardan 10 dəfə çoxdur.
Üçüncü yerdə kardioloji problemlər dayanır. Bildiyimiz kimi, ürək-damar sistemində yaranan problemlərdə siqaretin rolu az deyil. Nəzərə alaq ki, siqaret ağciyərdə patologiya yaradır.
Ağciyər də düzgün çalışmayanda ürəkdə problem ortaya çıxır. Bundan başqa siqaret cinsiyyət sferasında impotensiya, qadınlarda erkən düşük, ağız boşluğu xəstəliyi, mədə xərçəngi, qida borusu xərçəngi və digər fəsadlar yaradır. Yəni siqaretin saymaqla bitməyən çoxlu zərərləri var”.
Müsahibimiz Dövlət Statistika Komitəsinin verdiyi rəqəmlərlə razı olmadığını deyib:
“Çünki ətrafımızda siqaret şəkən yetərincə azyaşlı uşaq və qadınlar var. Son zamanlar bununla bağlı valideynlərin də bizə müraciəti artıb. Məsələn, uşağın 16 yaşı var. Amma artıq 3 ildir ki, siqaret çəkir. Ata-ana ağlayıb bizdən kömək istəyir ki, necə edək ki, uşaq siqaretdən uzaqlaşsın. Bu da təsadüfi deyil. Çünki erkən yaşda siqaret çəkməyə başlamaq daha çox aludəçilik yaradır. Ona görə də 15-19 yaşlı yeniyetmələr arasında 1 paketdən artıq siqaret çəkənlərin olmaması real görünmür”.
Əsəd Beydullayev onu da əlavə edib ki, əvvəllər siqaretlə bağlı xəstəliklər adətən “kişi xəstəliyi” sayılırdısa, bu gün qadınlar da siqaretdən yetərincə istifadə edirlər.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:00 / 27.07.2024
Həkimdən siqaret aludəçilərinə XƏBƏRDARLIQ – “Gündə bir paketdən çox çəksəniz...”
Hazırda oxunan: Həkimdən siqaret aludəçilərinə XƏBƏRDARLIQ – “Gündə bir paketdən çox çəksəniz...”
Hazırda oxunan: Həkimdən siqaret aludəçilərinə XƏBƏRDARLIQ – “Gündə bir paketdən çox çəksəniz...”
Həkimdən siqaret çəkməyə dair xəbərdarlıq. Siqaretin sağlamlığa törətdiyi fəsadlar haqqında məlumatlar. Siqaretin yol açdığı əsas xəstəliklər və risklər barədə həkimin şərhı.
203690
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.