Naxçıvanda avtomobil yolu keçən qadını vurub - FOTO

Hazırda oxunan: Naxçıvanda avtomobil yolu keçən qadını vurub - FOTO

203627

Naxçıvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin Əliabada qəsəbəsində baş verib.

Belə ki, 1963-cü il təvəllüdlü Rəhimov Telman Bəhruz oğlunun idarə etdiyi 10-VH-371 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil yolu keçən Şahbuz rayon Keçili kənd sakini, 1984-cü il təvəllüdlü Abdullayeva Əfsanə Qulu qızını vurub.
O, Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağırdır. Sürücü T.Rəhimovun isə hadisə zamanı halı pisləşib. Ürək xəstəsi olan sürücü xəstəxananın kardiologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin