Tanınmış vəkil Vasif İsrafilovun qardaşı Namik İsrafilovun qətli ilə bağlı məhkəmə prosesi başa çatıb.
Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, qətli törətməkdə təqsirləndirilən 1988-ci il təvəllüdlü Rəsul Ağazadə 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Cinayət hadisəsi ötən ilin aprelində Bakının Nərimanov rayonunda, zərərçəkmiş şəxsin yaşadığı evdə baş verib.
Məhkəmədə cinayətin tamah niyyəti ilə törədildiyi məlum olub. Rəsul Ağazadə Namik İsrafilovu qətlə yetirdikdən sonra ona məxsus iki ədəd mobil telefonu götürərək hadisə yerindən uzaqlaşıb.
Təqsirləndirilən şəxs daha sonra bu telefonlardan birini 60 manata satıb və pulu şəxsi ehtiyaclarına sərf edib.
Qeyd edək ki, məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi kimi qardaşı Nurlan İsrafilov çıxış edib. O, qardaşının öldürülməsi ilə bağlı heç kimdən şikayəti və tələbi olmadığını bildirib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
20:24 / 25.07.2024
Tanınmış vəkilin qardaşını öldürənə HÖKM OXUNDU
Hazırda oxunan: Tanınmış vəkilin qardaşını öldürənə HÖKM OXUNDU
Hazırda oxunan: Tanınmış vəkilin qardaşını öldürənə HÖKM OXUNDU
203597
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.