Xalq artisti Arif Quliyev vəfat etdi

Hazırda oxunan: Xalq artisti Arif Quliyev vəfat etdi

20358

Azərbaycanın Xalq artisti Arif Quliyev dünyasını dəyişib.

Bizim.Media xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.

Xatırladaq ki, Xalq artisti koronavirusa yoluxmuşdu. Onun ağ ciyərinin 90 faizi zədələndiyi üçün bir neçə gün idi ki, süni tənəffüs aparatına qoşulmuşdu.

Arif Quliyev 1950-ci il mayın 16-da Əli-Bayramlı şəhərində (indiki Şirvan) anadan olub.

Arif Quliyevin “Şans”, “Bığ əhvalatı”, “Qaynana”, “Lift əhvalatı”, “Yarım ştat”, “Evləri köndələn yar” və başqa teletamaşalarda oynadığı rollar tamaşaçıların rəğbətini qazanıb. Bundan başqa, aktyor “Bəyin oğurlanması”, “Yaramaz”, “Bəxt üzüyü”, “O dünyadan salam”, “Qəm pəncərəsi”, “Mənim ağ şəhərim”, “Alma almaya bənzər”, “Ağ gəmi” kimi bədii filmlərdə canlandırdığı obrazlarla yadda qalıb.

Arif Quliyev 1993-cü ildə Xalq artisti fəxri adına layiq görülmüşdü.

Allah rəhmət eləsin!

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin