İyulun 23-də Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Samur-Abşeron su kanalının Qusar rayonu, Kuzunqışlaq kəndi ərazisindən keçən hissəsində bir nəfərin batması barədə məlumat daxil olub və dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Şimal Regional Mərkəzinin qüvvələri tərəfindən axtarışlara başlanılıb.
FHN-in Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, hazırda 2008-ci il təvəllüdlü Rəhimxanov Nizami Rəhimxan oğlunun batdığı ehtimal edilən istiqamətlər üzrə axtarış əməliyyatları fasiləsiz olaraq davam etdirilir.
Ölkədə müşahidə olunan intensiv yağıntılarla əlaqədar kanalda suyun axın sürətinin həddən artıq yüksək olması axtarış əməliyyatını çətinləşdirir.
Əlavə məlumat veriləcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:19 / 25.07.2024
Samur-Abşeron kanalında batan yeniyetmənin axtarışı davam ETDİRİLİR
Hazırda oxunan: Samur-Abşeron kanalında batan yeniyetmənin axtarışı davam ETDİRİLİR
Hazırda oxunan: Samur-Abşeron kanalında batan yeniyetmənin axtarışı davam ETDİRİLİR
203555
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.