Dünya miqyaslı 4 nəhəng səyyah klubundan biri olan - MTP (Most Traveled People) səyahət klubunun 35 nəfərlik geniş heyəti Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində Şuşaya gəliblər.
Bizim.Media-nın Qarabağ bürosu xəbər verir ki, beynəlxalq səyahətçilər səfər zamanı Şuşa şəhəri, buranın tarixi məkanları və əsrarəngiz təbiəti, həmçinin şəhər işğaldan azad olunandan sonra Azərbaycan dövlətinin həyata keçirdiyi bərpa-quruculuq işləri ilə tanış olacaqlar.
Dünyanın ən böyük səyyahları siyahısında adı ilk 10-luğa düşmüş Çarlz Vili (Charles Veley) heyətə rəhbərlik edir.
Səfərə 13 ölkədən beynəlxalq səyahətçilər qatılıb. Bu ölkələr sırasında ABŞ, Böyük Britaniya, Almaniya, İsveçrə, Norveç, İsveç, Portuqaliya, Filippin, Polşa, Macarıstan və digərləri yer alır.
Qeyd edək ki, bundan əvvəl MTP (Most Traveled People) 3 dəfə Qarabağ və Şərqi Zəngəzura səfər edib, bu, həmin klubun işğaldan azad edilən ərazilərə sayca 4-cü səfəridir. 44 günlük Vətən müharibəsindən ötən 4 il ərzində isə 50-ə yaxın ölkədən 400 nəfərə yaxın beynəlxalq səyahətçi böyük qruplarla Qarabağ və Şərqi Zəngəzura 10 dəfə səfər edib.
Bugünkü səfər bu qəbildən olan sayca 11-ci səfərdir.
Edilən səfərlər azad edilmiş ərazilərdəki böyük dağıntılar və aparılan nəhəng quruculuq-bərpa işləri ilə yerində tanış olmağa imkan yaratmaqla, reallıqların dünyaya nümayişi üçün müstəsna əhəmiyyət daşıyır. Beynəlxalq səyyahların sosial mediada dünyanın ən müxtəlif bölgələrindən xeyli sayda izləyici ordusu var.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu
- A-
- A
- A+
Cəmiyyət
12:47 / 25.07.2024
Beynəlxalq səyyahlar ŞUŞADA – FOTO
Hazırda oxunan: Beynəlxalq səyyahlar ŞUŞADA – FOTO
Hazırda oxunan: Beynəlxalq səyyahlar ŞUŞADA – FOTO
Beynəlxalq səyyahlar Şuşa şəhərinə səfər edir. Şəhərin tarixi və bərpa prosesləri ilə tanış olur həmçinin beynəlxalq səyyah klubu MTP-nin əməliyyatları barədə məlumat alır
203527
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.