Hesablama Palatası Bakı Dövlət Universitetində, eləcə də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında nöqsanlar aşkar edib.
Bizim.Media bu barədə Palataya istinadən xəbər verir.
Məlumata görə, qurumun sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə növbəti Kollegiya iclası keçirilib. İclasda ilk olaraq “Bakı Dövlət Universiteti tərəfindən dövlət vəsaitinin və digər dövlət əmlakının idarə olunmasının və istifadəsinin, həmçinin fəaliyyətinin auditinin nəticələrinə dair Auditor hesabatı” müzakirə edilib. Müzakirələrdə Universitetin rektoru fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Elçin Babayev və prorektorlar da iştirak ediblər.
Rektor auditin nəticələrinin Universitetin fəaliyyətinin təkmilləşdirilməsinə xidmət edəcəyini, Palatanın bütün təklif və tövsiyələrinin nəzərə alınacağını qeyd edib.
Daha sonra “Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası tərəfindən dövlət vəsaitinin və digər dövlət əmlakının idarə olunmasının auditinin nəticələrinə dair Auditor hesabatı” müzakirə olunub. Müzakirələrin nəticəsində auditor hesabatlarının təsdiq olunmasına, aşkar edilmiş nöqsanların təhsil müəssisələri tərəfindən aradan qaldırılması məqsədilə zəruri işlərin görülməsinə dair qərarlar qəbul olunub.
İclasda həmçinin gündəlikdə dayanan cari məsələlərə baxılıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:04 / 25.07.2024
Hesablama palatası bu iki universitetdə nöqsanlar aşkar etdi - FOTO
Hazırda oxunan: Hesablama palatası bu iki universitetdə nöqsanlar aşkar etdi - FOTO
Hazırda oxunan: Hesablama palatası bu iki universitetdə nöqsanlar aşkar etdi - FOTO
Hesablama Palatası Bakı Dövlət Universitetində və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında nöqsanlar aşkar etdi. Audit nəticələri əsasında təklif və tövsiyələr dair iclas keçirilib.
203509
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.