Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasının fasadına vurulan aqlay daşlarının qoparaq yerə tökülməsi barədə məlumat daxil olub.
Bizim.Media FHN-ə istinadən xəbər verir ki, ərazidən keçən insanların təhlükəsizliyinin təmin olunması məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub.
MÖVZU İLƏ BAĞLI:
Evdə köməksiz qalan uşaq belə xilas edildi - ANBAAN VİDEO
Xilasedicilər ərazidə təxirəsalınmaz tədbirlər həyata keçirib, sakinlərin təhlükəsizliyini təmin ediblər.
Bizim.Media