Gəlin qələmimizi baltaya çevirməyək!

Hazırda oxunan: Gəlin qələmimizi baltaya çevirməyək!

Maraqlı məqalədə, media və sosial fəalların əhəmiyyəti və məsuliyyəti vurğulanır. Şuşa Forumuna və jurnalistlərin roluna diqqət cəkən yazı oxuyun.
203434

İki gündür, mediada, sosial şəbəkələrdə məlum hadisəylə bağlı xəbərləri, müzakirələri oxuyub, məyus olmamaq mümkün deyil. Burada kimsə haqlıdır və ya haqsızdır tərəfi axtarmaqdan söhbət getmir. Konkret olaraq media və sosial fəallar sayəsində bu “küçə” davası ölkə gündəmini zəbt edib.

Ən təəssüfedici məqam isə ondan ibarətdir ki, bu səpkidə olan xəbərləri ciddi qəbul edilən media qurumları da tirajlayıb. Reytinq xətrinə siz də əlinizə “balta” alaraq insanların psixologiyasının qəsdinə durmusunuz.

Gəlin qələmimizi baltaya çevirməyək!

Unutmayaq ki, biz media olaraq daha ciddi milli və bəşəri məsələlərin təbliğatçısı funksiyasını yerinə yetiririk. Ona görə də imkan verməməliyik ki, media tribunası küçə səviyyəli təbliğçilərin əlinə keçsin.

Heç uzağa getmədən bu günlərdə Şuşada keçirilən “Yalan məlumatların ifşası:

Dezinformasiyaya qarşı mübarizə” mövzusundakı Qlobal Media Forumunu böyük qürurla izlədik. Biz həm də dünyanın informasiya məkanında nümunə olmağımızı ortaya qoyduq. Ona görə də nəzərimiz həmişə bu forumda olmalı, təhlili yazılar və gəldiyimiz nəticələr müzakirə edilməlidir.

Hörmətli həmkarım Mirşahin Ağayev də məsələyə toxunaraq haqlı olaraq qeyd edir ki, kimlərsə medianı Şuşaya doğru qaldırır! Kimlərsə balta kimi endirir! Fərq budur. O ucalıqda Qlobal Forum, burada verilən planetar mesajlar, Azərbaycanın taleyüklü məsələləri qalıb bir kənarda, bəzi ən ciddi imzalarımız da daxil olmaqla virtual məkan məskunları düşüb sosial medianın, “Facebook”un küçə səviyyəsinə.

Baş xəbərə – Şuşa Forumuna qayıdın! Küçə əlbəyaxasını yaymaqdan çəkinin. Sosial hesablarınızı o Forumun davamına çevirin! Vətəndaş olun! Bəşər olun!

Təəssüf ki, xaosu ön plana çəkərək küçə səviyyəsinin tüğyan etməsinə şərait yaradırıq. Məlumdur ki, indi böyükdən, kiçiyə kimi hamı sosial şəbəkələrdədir. Dünəndən hansı sosial şəbəkəyə girirsən gir, bu hadisə qarşına çıxır. Və əminəm ki, hamının əsəblərini korlayır, neqativlik yükləyir. Gəlin bunu etməyək, dostlar. Biz qalib ölkənin jurnalistləriyik. Bu adı ləyaqətlə daşıyaq. Cılız hadisələrlə mediamıza kölgə salmayaq.

Həmkarımız Rəşad Məcidin dediyi kimi:

“…Sosial media mənsubları, bu platformanın fəalları, ilk növbədə, insan şərəf və ləyaqətini zədələmədən, cinayət, zorakılıq, qəddarlıq və intihar hallarının təşviqinə yol vermədən, cəmiyyətin mənəvi-psixoloji durumuna zərbə vurmadan, terror, xurafat və cəhalət təbliğinə meydan açmadan fəaliyyət göstərməlidirlər. Əsas meyar, başlıca davranış ölçüsü isə, Prezident cənab İlham Əliyevin vurğuladığı kimi, məhz Böyük Zəfərimizə, Şanlı Qələbəmizə layiq olmaq, yaşadığımız dövrün yüksək məsuliyyətini dərk edərək hər addımda buna uyğun davranmaqdır!”.

Sara Əzimova, “Şərq qapısı” qəzetinin baş redaktoru

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin