Bakıda və Abşeron yarımadasında iyulun 24-ü axşamdan 25-i axşamadək bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli intensiv olacağı ehtimalı var.
Bu barədə Bizim.Media-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Azərbaycanın rayonlarında iyulun 24-ü gündüz dağlıq ərazilərdən başlayaraq 26-sı axşamadək bəzi yerlərdə fasilələrlə leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzur, Gəncə-Qazax, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, eləcə də Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.
Bizim.Media
![](https://a.bizim.media/file/articles/2024/07/24/1721810542_ypm5x6l991cbyt2vixpqccmsvcg1jsaj0u2vl4eb.jpg)
- A-
- A
- A+
Cəmiyyət
12:40 / 24.07.2024
Bakıda və rayonlarda şimşək çaxacaq, yağış yağacaq – XƏBƏRDARLIQ
Hazırda oxunan: Bakıda və rayonlarda şimşək çaxacaq, yağış yağacaq – XƏBƏRDARLIQ
Hazırda oxunan: Bakıda və rayonlarda şimşək çaxacaq, yağış yağacaq – XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında iyulun 24-ü axşamdan 25-i axşamadək bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Rayonlarda da dağlıq ərazilərdən fasilələrlə leysan xarakterli yağış, intensiv yağış, dolu yağışı olacağı gözlənilir.
203378
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.