Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 15-16 aprel 2021-ci il tarixlərində keçirilmiş buraxılış imtahanlarında bir nəfər ən yüksək nəticə toplayıb.
Bizim.Media xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, imtahan iştirakçıları arasında 1 nəfər – Sumqayıt şəhəri, Texniki və təbiət elmləri liseyinin məzunu maksimal olan 300 bal toplayıb.
MÖVZU İLƏ BAĞLI:
Buraxılış imtahanlarının nəticələri açıqlandı
Həmin şagird 2 il əvvəl 9-cu sinif səviyyəsi üzrə buraxılış imtahanında da 296 bal toplamaqla yüksək nəticə göstərib.
Tələb olunan imtahan qaydalarını pozduğu üçün isə 7 nəfərin nəticəsi ləğv olunub.
Bizim.Media