ABŞ alimləri qarpız toxumlarının antidepresan dərmanları əvəz edə biləcəyini açıqlayıblar.
Bizim.Media xəbər verir ki, bu barədə “Northwestern” universitetinin alimləri araşdırma aparıb.
Mütəxəssislər Türkiyənin Şərqi və Cənub-Şərqi Anadolu bölgələrində yetişən qarpız toxumlarının tərkibində yüksək səviyyədə maqnezium, protein və folat aşkar ediblər.
Bildirilib ki, insan orqanizminin ən çox ehtiyac duyduğu bu minerallarla zəngin olan qarpız tumları çiy istehlak edildikdə mineral balansını pozur və zəhərlənməyə səbəb olur. Qeyd olunub ki, qarpız tumları qaynadılmış və qovrulmuş halda istehlak edilməlidir.
Alimlər qaynadılmış qarpız tumlarının sinir sisteminə müsbət təsir etdiyini vurğulayıblar. Maqnezium sayəsində sinir sistemi hüceyrələrinin deformasiya ehtimalı azalır. Qarpız toxumlarının həm maqnezium, həm də fol turşusu ilə zəngin olması sinir sistemini tez bərpa edir. Həmçinin əlavə olunub ki, qarpız toxumlarında sümükləri gücləndirən və orqanizmin müqavimətini artıran sink və zülal da var.
Məhərrəm Əliyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
21:30 / 23.07.2024
Qarpız toxumu antidepresan imiş - FOTO
Hazırda oxunan: Qarpız toxumu antidepresan imiş - FOTO
Hazırda oxunan: Qarpız toxumu antidepresan imiş - FOTO
ABŞ alimləri qarpız toxumlarının antidepresan dərmanları əvəz edə biləcəyini açıqlayıblar. Qarpız toxumlarında yüksək səviyyədə maqnezium, protein və fol turşusu var. Qaynadılmış qarpız tumları sinir sistemi üçün faydalıdır və zühurlaşma riskini azaldır. Qarpız toxumlarında həm maqnezium, həm də fol turşusu var ki, sinir sistemini tez bərpa edir və orqanizmin müqavimətini artırır.
203279
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.