Kişiləri nikaha məcbur edənlər də cəzalandırılacaq

Hazırda oxunan: Kişiləri nikaha məcbur edənlər də cəzalandırılacaq

203262

Qanunvericilikdə nikaha daxil olmağa məcbur etmə halının yalnız qadına şamil olunması halı aradan qaldırılıb.

Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Cinayət Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Bu dəyişikliklə Cinayət Məcəlləsinin 176-1-ci maddəsinin adının dəyişdirilib. “Qadını nikaha daxil olmağa məcbur etmə” deyil, “Nikaha və ya erkən evliliyə daxil olmağa məcbur etmə” kimi müəyyən edilməsi cinayətdən zərər çəkmiş şəxslərin dairəsini genişləndirir.

Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, qadını nikaha daxil olmağa məcbur etmə iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Nikaha daxil olmağa məcbur etmə də etmə iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Bu Qanun 2025-ci il iyulun 1-dən qüvvəyə minəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin