Son günlər anomal istilər təkcə ətraf mühitə yox, həm də insanların sağlamlığına və gündəlik fəaliyyətlərinə ciddi zərər vurur. Halbuki, Əmək qanunvericiliyinə görə açıq havada havanın temperaturu 41 dərəcə selsi olduğu halda müvafiq tənzimləyici tədbirlər görülməlidir.
Bəs sözügedən tədbirlər hansılardır?
Mövzu ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən hüquqşünas Şaiq Mirzəyev bildirib ki, Əmək qanunvericiliyinə əsasən havanın temperaturu azı 41 dərəcə selsidən çox olan isti və açıq şəraitli iş yerlərində, eləcə də, havanın temperaturu 41 dərəcə selsidən çox olan sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılır və işçilərə sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilir:
“İşlərin dayandırılması və işçilərə sərinləmək üçün fasilələr verilməsi, habelə bu fasilələrin sayının və müddətinin müəyyən edilməsi işəgötürənlə həmkarlar ittifaqları təşkilatının birgə qərarı ilə həyata keçirilir.
İstehsalın fasiləsiz xarakterli olması ilə əlaqədar işi dayandırmağın qeyri-mümkün olduğu yerlərdə işin dayandırılması bir-birini əvəz edən növbələr müəyyən olunması ilə əvəz edilir. Növbələrin bir-birini əvəz etməsi həmkarlar ittifaqları təşkilatının razılığı ilə işəgötürən tərəfindən müəyyən olunur”.
Müsahibimiz onu da qeyd edib ki, fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilir:
“İş dayandırıldıqda, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. Həmçinin iş dayandırıldıqda işçi başqa işə keçirilə bilər. Bu halda işçi azmaaşlı işə keçirilərsə, onun əvvəlki vəzifəsi üzrə əmək haqqı saxlanılır”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:30 / 24.07.2024
İsti havalarda işçilərə hansı güzəştlər edilməlidir? – HÜQUQİ İZAH
Hazırda oxunan: İsti havalarda işçilərə hansı güzəştlər edilməlidir? – HÜQUQİ İZAH
Hazırda oxunan: İsti havalarda işçilərə hansı güzəştlər edilməlidir? – HÜQUQİ İZAH
İsti havalarda işçilərə hansı güzəştlər edilməlidir? Hüquqi izah və fasilələrin ətraflı izahı. İşlərin dayandırılması və işçilərə sərinləmək üçün fasilələr verilməsi qaydaları.
203251
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.