İyulun 23-də saat 01 radələrində 2 nəfərin ölməsi, 1 nəfərin isə xəsarətlər alması barədə rayon Bakı şəhəri Suraxanı rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Bizim.Media-ya Suraxanı Rayon Prokurorluğundan məlumat verilib.
Araşdırmalarla rayonun Binə qəsəbəsi ərazisində yaşayan 1974-cü il təvəllüdlü Rza Eyyubovun kəsici-deşici alətlə əvvəlcə 2 azyaşlı oğluna, daha sonra isə özünə xəsarətlər yetirməsi nəticəsində sonuncu və azyaşlılardan birinin ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Hadisə zamanı xəsarət alan digər azyaşlı xəstəxanaya yerləşdirilib, hazırda müalicəsi davam etdirilir.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4, 120.2.9, 29, 120.2.4, 29, 120.2.9 (xüsusi amansızlıqla və köməksiz vəziyyətdə qəsdən adam öldürmə və öldürməyə cəhd) və digər maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:16 / 23.07.2024
Bakıda daha bir ailə FACİƏSİ: Azyaşlı uşağını öldürüb özünə qəsd etdi
Hazırda oxunan: Bakıda daha bir ailə FACİƏSİ: Azyaşlı uşağını öldürüb özünə qəsd etdi
Hazırda oxunan: Bakıda daha bir ailə FACİƏSİ: Azyaşlı uşağını öldürüb özünə qəsd etdi
Bakı şəhəri Suraxanı rayonunda yaşanan faciə hadisəsi ilə əlaqədar məlumat. Azyaşlı uşaqlara qarşı törədilən cinayət.
203196
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.