Balakəndə yolu keçmək istəyən piyadanı maşın vurub öldürdü

Hazırda oxunan: Balakəndə yolu keçmək istəyən piyadanı maşın vurub öldürdü

Balakəndə yolu keçmək istəyən piyadanı minik avtomobili vuraraq öldürdü. Qadın hadisə yerində ölüb.
203191

Balakəndə yolu keçmək istəyən piyadanı minik avtomobili vuraraq öldürüb. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yol-nəqliyyat hadisəsi rayonun Talalar kəndi ərazisində qeydə alınıb. 

Belə ki, "Kia Carens" markalı avtomobil rayonun Qabaqçöl qəsəbəsi istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən rayon sakini Sürəyyə Murtuzəliyevanı vurub. Qadın hadisədən bir müddət sonra həyatını itirib. DİN-in regional qrupundan verilən məlumata əsasən, faktla bağlı cinayət işi başlanılıb. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin