Şəmkirdə bıçaqlanma hadisəsinin təfərrüatı məlum olub.
Bizim.Media xəbər verir ki, iki ildir ailəli olan 25 yaşlı Yusif Məhərrəmov və 18 yaşlı Laləzar Əhmədova arasında yaranan mübahisə qanla bitib.
Hadisə onların 3 aydır kirayədə yaşadıqları mənzildə qeydə alınıb.
İlkin ehtimala görə, ər qısqanclıq zəminində yaranan mübahisə zamanı həyat yoldaşına 33 bıçaq zərbəsi vurub. Xəstəxanaya çatdırılan yaralı əməliyyat olunub, hazırda vəziyyəti stabil-ağır olaraq qalır.
Hadisəni törətməkdə şübhəli bilinən Yusif Məhərrəmov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunub.
Ətraflı Baku TV-nin süjetində:
Bizim.Media