Bakıda OLAY: Azyaşlını girov götürüb, öldürməklə hədələdilər

Hazırda oxunan: Bakıda OLAY: Azyaşlını girov götürüb, öldürməklə hədələdilər

Bakıda Azyaşlını girov götürüb, öldürməklə hədələdilər. Suraxanı rayonunda azyaşlını girov götürüb, öldürəcəyi ilə hədələyən şəxs zərərsizləşdirilib.

203142

Paytaxtın Suraxanı rayonunda azyaşlını girov götürüb, öldürəcəyi ilə hədələyən şəxs zərərsizləşdirilib.

DİN-in Mətbuat Xidmətindən Bizim.Media-ya bildirilib ki, axtarışda olan, əvvəllər hərbi və digər cinayət əməllərinə görə məhkum olunmuş X.Əhmədov saxlanılarkən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayıb, müqavimət göstərib, uşaq girov götürərək boğaz nahiyəsinə soyuq silah dayayaraq onun həyatına təhlükə yaratmaqla qeyri-adekvat hərəkətlərini davam etdirib.


Ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, sonuncu buna məhəl qoymadığından ətrafda olan şəxslərin və azyaşlının təhlükəsizliyi nəzərə alınaraq, X.Əhmədova polis əməkdaşları tərəfindən xidməti silah tətbiq edilərək zərərsizləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin