Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyası (YAP) partiyanın İdarə Heyətinin ötən həftə keçirilmiş iclasında 2024-cü il sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə namizədlərinin siyahısını açıqlayıb.
Bizim.Media-nın araşdırmasına görə, builki parlament seçkilərində YAP tərəfindən namizədliyi irəli sürülən şəxslər siyahısında təhsil işçiləri, o cümlədən məktəb direktorları, müavinləri və müəllimləri də kifayət qədərdir.
MÖVZU İLƏ BAĞLI:
Vəzifəyə gedib, yenidən deputatlığa qayıdan YAP-çı namizədlər – SİYAHI
Belə ki, namizədlər arasında 5 direktor, 2 direktor müavini və 2 müəllim var.
Onların siyahısını təqdim edirik:
Səbinə Qasımova
Bakı şəhər 271 nömrəli tam orta məktəbin direktoru Səbinə Qasımovanın namizədliyi 27 saylı Sabunçu ikinci seçki dairəsindən irəli sürülüb.
Sərvər Əliyev
Yardımlı rayon Qaraqay kənd tam orta məktəbinin direktoru Sərvər Əliyevin namizədliyi 75 saylı Yardımlı-Masallı seçki dairəsindən irəli sürülüb.
Xavər Allahverdiyeva
O, İsmayıllı rayon Topçu kənd tam orta məktəbin direktorudur. X.Allahverdiyev 89 saylı İsmayıllı seçki dairəsində deputat mandatı uğrunda mübarizə aparacaq.
Ədilə Tağıyeva
Qəbələ Şəhər 3 nömrəli tam orta məktəbin direktoru Ədilə Tağıyevanın namizədliyi 116 saylı Qəbələ seçki dairəsindən irəli sürülüb.
Aidə Əhmədova
Kəlbəcər rayon 56 saylı tam orrta məktəbin direktoru Aidə Əhmədova 123 saylı Kəlbəcər seçki dairəsində seçicilərin etimadını qazanmaq üçün yarışacaq.
Səliqə Orucova
Zərdab rayon 1 saylı tam orta məktəbin direktor müavini Səliqə Orucovanın namizədliyi 95 saylı Zərdab-Kürdəmir-Ucar seçki dairəsindən irəli sürülüb.
Vüsalə Mahmudova
Zaqatala rayon Zərifə Əliyeva adına texniki fənlər təmayüllü liseyin direktor müavini Vüsalə Mahmudovanın namizədliyi 111 saylı Zaqatala-Balakən seçki dairəsində deputat mandatı qazanmaq üçün mübarizə aparacaq.
İlahə Abdullazadə
Bakı şəhər 112 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi İlahə Abdullazadənin namizədliyi 29 saylı Sabunçu dördüncü seçki dairəsindən irəli sürülüb.
Firəngiz Məmmədyarova
Göyçay şəhər 4 nömrəli tam orta məktəbin tarix müəllimi Firəngiz Məmmədyarovanın namizədliyi isə 92 saylı Göyçay–Ağdaş seçki dairəsindən irəli sürülüb.
Mehriban Vəliyeva
Eyni zamanda, 44 saylı Sumqayıt üçüncü seçki dairəsindən namizədliyi verilən Mehriban Vəliyeva da təhsil sektorundan çalışır. Belə ki, Mehriban Vəliyeva bir müddət əvvəl Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsindən azad edilərək Məktəbəqədər və Ümumi Təhsil Agentliyinin direktor müavini təyin edilmişdi.
Nuranə Daxilqızı, Bizim.Media