“Azərbaycan mətbuatı qabaqcıl ideyaların təbliğində böyük xidmətlər göstərib” – Vüqar İskəndərov 

Hazırda oxunan: “Azərbaycan mətbuatı qabaqcıl ideyaların təbliğində böyük xidmətlər göstərib” – Vüqar İskəndərov 

203118

“Bu gün cəmiyyətimizin inkişafına töhfələr vermiş milli mətbuatın yaranma günüdür. Düzdür “Əkinçi” qəzetinin ömrü çox uzun çəkməsə də, onun ideyaları, saflığı, maarifçilik missiyası öz davamçılarının çiyinlərində bu günə qədər gəlib çıxdı. Azərbaycan mətbuatı milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl ideyaların təbliğində böyük xidmətlər göstərib”.

Bunu Bizim.Media-ya açıqlamasında deputat Vüqar İskəndərov deyib. 

“Bu gün milli mediamız azad və müstəqil şəkildə fəaliyyət göstərməklə ictimai fikrin formalaşması və inkişafında müstəsna rol oynayır.

Bu baxımdan Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafı, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması həmişə dövləti başçısının diqqət mərkəzində olub. KİV-lərə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri həyata keçirilib. 

Mətbuata xüsusi diqqət və azad medianın inkişafına yönəlmiş atılan addımlar Ulu Öndərin hakimiyyəti dövründən başlamış bu gün də davam etdirilir. Təsadüfi deyil ki, Ulu Öndər ölkəmiz müharibə şəraitində yaşasa da böyük cəsarətlə əvvəlcə hərbi senzuranı, 1998-ci ilin avqustunda isə bütövlükdə KİV üzərində dövlət senzurasını ləğv etmişdi. Azad mətbuat bu gün də öz prioritetliyini qoruyur. Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” hazırlanmış və qəbul olunmuşdur. 

Təsadüfi deyil ki, hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Mətbuata verilən dəyərin nəticəsidir ki, hər il ölkəmizdə milli mətbuat günü xüsusi qeyd edilir.

Ümummilli Lider Heydər Əliyev, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə milli mətbuatımızın 125, 130, 135, 140 və 145 illik yubileyləri ölkə miqyasında geniş qeyd olunmuşdur. 
Bu yubileylər milli jurnalistikamızın tarixinə ədalətli qiymət verilməsini və nəsillərin varisliyini qəbul etməklə, mediamızın sabahkı hüdudlarına aydın baxışı təmin edir. Bu gün, əlbəttə, bizim də arzumuz bu olar ki, böyük nailiyyətlər qazanmış və tarixi yol keçmiş mətbuatımız daha da böyük uğurlarla yadda qalsın”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin